Xəzər Xəbər

Yaponiya Şimali Koreyadan konkret addımlar gözləyir

Dünya | 13:55 • 18 Sentyabr 2018
Yaponiya Şimali Koreyadan konkret addımlar gözləyir

Yaponiya Cənubi Koreyanın Prezidenti Mun Çe İn ilə Şimali Koreyanın lideri Kim Çen Inın görüşündən əvvəlki danışıqlar zamanı əldə edilən razılaşmalar üzrə konkret addımların atılacağını gözləyir.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bəyan edib.


"Şimali Koreya ilə ABŞ-ın əldə etdiyi razılaşmalar, xüsusən də Şimali Koreyanın nüvə silahının tam ləğvi ilə əlaqədar götürdüyü öhdəliyin həyata keçirilməsi çox vacibdir. Biz ümid edirik ki, Cənubi Koreyanın və Şimali Koreyanın sammiti konkret nəticələrə gətirəcək”, - deyə baş katib bildirib.


Xatırladaq ki, sentyabrın 18-də Pxenyanda koreyalararası sammit başlayıb. Bu Mun Şe İn ilə Kim Çen Inın cari ildə üçüncü görüşüdür. Əvvəlcədən də bildirildiyi kimi, görüş zamanı nüvə silahının ləğvi, həmçinin ABŞ-Şimali Koreya dialoqunun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilir. Həmin gün axşam Cənubi Koreya Prezidentinin şərəfinə konsert və rəsmi qəbul olacağı, sentyabrın 19-da isə danışıqların ikinci raundunun keçiriləcəyi və birgə bəyanatın elan ediləcəyi bildirilir.

Xəbər lenti