Xəzər Xəbər

Əsəd Rusiya təyyarəsini vurdu - Moskvadan SƏRT AÇIQLAMA

Dünya | 13:08 • 18 Sentyabr 2018
Əsəd Rusiya təyyarəsini vurdu - Moskvadan SƏRT AÇIQLAMA
Səhər saatlarında Aralıq dənizində radardan itən Rusiya təyyarəsinin Əsəd ordusu tərəfindən vurulduğu məlum olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrailin hava hücumuna cavab verən Əsəd ordusunun S-200-lərdən atdığı raket təsadüfən Rusiya təyyarəsinə dəyib.

İl-20 tipli təyyarə Suriyanın "Xmeymim” hərbi hava bazası bölgəsində radardan itib.

Kreml "İsrailin məsuliyyətsiz davranışı nəticəsində 15 əsgərimiz öldü”, - deyə açıqlama verib.

Rusiya təyyarəsinin Fransaya məxsus donanmadan atılan raket nəticəsində də vurulduğu versiyası var.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Lazkiyəyə Aralıq dənizindəki Fransa donanmasından raket atılıb. Suriya ordusunun rəsmilərindən biri də Lazkiyəyə raket hücumunun dənizdən edildiyini açıqlayıb.

Fransa ordusunun adının açıqlanmadığı nümayəndəsi "Röyters”ə bildirib ki, hadisənin onlarla heç bir bağlantısı yoxdur./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti