Xəzər Xəbər

Tramp gözlənilən tarixi açıqladı: Sentyabrın 24-də...

Dünya | 12:26 • 18 Sentyabr 2018
Tramp gözlənilən tarixi açıqladı:

Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin arasında davam edən iqtisadi müharibədən yeni xəbər var.

XəzərXəbər "Euronews”a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan, təxminən, altı min adda 200 milyard dollar dəyərindəki mallara əlavə 10% vergi tətbiq olunması ilə bağlı qərar qəbul edib.

Tramp bu qərarın sentyabrın 24-dən etibarən qüvvəyə minəcəyini bildirib.

Çinə tətbiq olunacaq əlavə verginin miqdarının 2019-cu il, yanvarın 1-dən etibarən 25%-ə qaldırılacağı da vurğulanıb.

Xəbər lenti