Xəzər Xəbər

ABŞ-dan gözlənilən İdlib açıqlaması

Dünya | 12:12 • 18 Sentyabr 2018
ABŞ-dan gözlənilən İdlib açıqlaması
Rusiya və Türkiyənin Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətti üzərində təhlükəsizlik zolağının yaradılmasına dair razılığa gəlməsi dünyada geniş müzakirə olunur.


Razılaşmadan İran tərəfi məmnunluğunu ifadə edib. ABŞ isə İdlibdə atəşkəsin davamlı olacağına ümid edir


"Türkiyə və Rusiyanın İdlibdə hərbi əməliyyatların qarşısını almağa yönəlmiş addımlarını görməkdən cəsarətləndik. Suriyada şiddəti azaldacaq hər bir səmimi cəhdi məmnuniyyətlə dəstəkləyirik”.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentlərinin ötən gün baş tutan Soçi görüşündə İdlib məsələsində razılığa gəlinib. Bölgədə Türkiyə və Rusiya hərbçilərinin ortaq hərəkət mexanizmi qurulacaq. Ağır hərbi texnika və silahlar münaqişə rayonundan çıxarılacaq. Oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq. /azvision.az

Xəbər lenti