Xəzər Xəbər

Rusiya təyyarəsini Suriya səhvən vurub - ABŞ-dan iddia

Dünya | 10:36 • 18 Sentyabr 2018
Rusiya təyyarəsini Suriya səhvən vurub - ABŞ-dan iddia

Rusiyanın yoxa çıxan İl-20 markalı hərbi təyyarəsinin İsrail raketlərini zərərsizləşdirməyə çalışan Suriya havadan müdafiə qüvvələri tərəfindən vurulduğu iddia edilir.

XəzərXəbər-in məlumatına görə, ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ ordusunun rəsmiləri iddia irəli sürürlər.

Xatırladaq ki, ötən gecə İsrail Suriyanın Latakiya bölgəsinə çox sayda raket atıb. Bu zaman raketləri zərərsizləşdirməyə çalışan Suriyanın təyyarə əleyhinə artilleriyasının səhvən Rusiyaya məxsus təyyarəni vurduğu ehtimal edilir.

İsrail Müdafiə Qüvvələri raket hücumu ilə bağlı şərh verməkdən imtina etsə də, bazar günü İsrail Baş naziri Benyamin Netanyahu rəqiblərə qarşı qabaqcıl silahlardan istifadə etməklə tədbirlər görüləcəyini vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığının mətbuat katibi isə hücumun hansı ölkədən qaynaqlandığını açıqlamayıb və ABŞ qüvvələrinin bu məsələ ilə əlaqəli olmadığını bildirib.

Xəbər lenti