Xəzər Xəbər

Hillari Klinton: Tramp və tərəfdarları o qədər alçaq işlər gördü ki...

Dünya | 10:26 • 18 Sentyabr 2018
Hillari Klinton: Tramp və tərəfdarları o qədər alçaq işlər gördü ki...

ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Hillari Klinton ABŞ demokratiyasının təhlükədə olduğu xəbərdarlığını səsləndirib.

Klinton "Atlantik" jurnalı üçün yazdığı "ABŞ demokratiyası böhranda" başlıqlı məqaləsində prezident Donald Trampı ittiham edib.

Trampın 2016-cı ildə keçirilən prezident seçkilərində apardığı çirkin kampaniya səviyyəsindən də aşağı düşdüyünü qeyd edən Klinton, "Tramp rəhbərliyi uşaqları ailələrindən fərqləndirən miqrant siyasəti ilə ölkədə açıqlaması verilməsi mümkünsüz zülmlərə səbəb oldu", - deyə bildirib.

Klinton məqaləsində belə yazır:

"Tramp və tərəfdarları o qədər alçaq işlər gördü ki, artıq hamısını təqib etmək çətindir. Hətta bunun bizim gözümüzü hədəfdən yayındırmaq üçün bir taktika olduğunu düşünürəm. Hədəfimiz əlbəttə ki, Amerika demokratiyasını qorumaqdır. Vətəndaşlar olaraq bu bizim ən mühüm vəzifəmizdir. Və bu an demokratiyamız böhran içindədir".

ABŞ prezidentinin 5 cəbhədən demokratiyaya hücum etdiyini bildirən Klinton, Trampın prezident seçkilərində Rusiya ilə əməkdaşlıq iddiaları seçkilərin etibarlılığına, Rusiyanın müdaxiləsini araşdıran Ədliyyə Nazirliyinin araşdırmasına mane olma səyləri ilə hüquqa, yalan açıqlamaları və davamlı şəkildə medianı yalançılıqda ittiham etməsi ilə mətbuata, irqçi və ayrı-seçkilik siyasəti ilə ölkənin birliyinə və demokratiyasına hücum etdiyini vurğulayıb.

Klinton həmçinin Trampın kabinetdən qazanc üçün istifadə etdiyini yazıb./FaktXəbər

Xəbər lenti