Xəzər Xəbər

Şri-Lankanın prezidenti səfiri işdən qovdu - Zənglərinə cavab vermirdi

Dünya | 09:48 • 18 Sentyabr 2018
Şri-Lankanın prezidenti səfiri işdən qovdu - Zənglərinə cavab vermirdi

Şri-Lankanın prezidenti Maytripala Sirisena ölkənin Avstriyadakı səfirini və 6 səfirlik əməkdaşını vəzifəsindən qovub.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb səfirin onun telefon zənglərinə cavab verməməsi olub. Sirisena səfirliyin Vyanadakı ofisinə saatlarla zəng etsə də, dəstəyi götürən olmayıb.

Bu hadisədən sonra o, səfirlə birlikdə 6 işçini vəzifəsindən kənarlaşdırıb. Prezident bunun digər səfirliklərə "dərs olacağı”na ümid etdiyini deyib.

Xəbər lenti