Xəzər Xəbər

İsrail raket atdı, iki fələstinli öldü

Dünya | 09:42 • 18 Sentyabr 2018
İsrail raket atdı, iki fələstinli öldü

İsrail aviasiyasının Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində iki fələstinli həlak olub.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Sama News" portalı məlumat yayıb.

Bildirilir ki, pilotsuz uçan aparat anklavın cənub hissəsində yerləşən Xan Yunis şəhərindən şərqdə bir qrup gəncə raket atıb. Ölənlərin meyitləri çərşənbə axşamına keçən gecə dağıntılar altından çıxarılıb, daha bir ərəb isə ağır yaralanıb.

İsrail mətbuatının yazdığına görə, fələstinli gənclərə onlar təhlükəsizlik çəpərini keçərək partlayıcı qurğuya bənzər əşyanı quraşdırmaq istəyən zaman hücum edilib.

Xəbər lenti