Rusiya Prezidenti Vladimir Putinin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə danışıqları başa çatıb.
Danışıqların sonunda iki ölkənin Müdafiə nazirlikləri Suriyanın İdlib şəhərində vəziyyətin sabitləşdirilməsinə dair memorandum imzalayıblar.
Dörd saatdan çox davam edən danışıqlarda Suriya münaqişəsi və ikitərəfli münasibətlərə dair digər məsələlər müzakirə olunub. Türkiyə Prezidenti danışıqlardan sonra bildirib ki, İdlib məsələsini Astana prosesi qərarları əsasında həll etmək lazımdır. Suriya ordusunun və müxalifətin nəzarətində olan ərazilər silahsızlaşdırılmalıdır.
Türkiyə
Rusiya ilə birlikdə bu ərazidən bütün radikal qruplaşmaların
çıxarılmasına səy göstərəcək. O, həmçinin Rusiya ilə Türkiyə arasında
viza rejiminin asanlaşdırılmasına ümid bəslədiyini qeyd edib.
Rusiya
lideri Vladimir Putin türkiyəli həmkarı ilə konstruktiv danışıqlar
apardığını vurğulayıb. O, Ankaranın Rusiya məhsullarının Türkiyədə
satışı üçün əlverişli şərait yaradacağına ümid bəslədiyini qeyd edib.
V.Putin
"Akkuyu” AES və "Türk axını” qaz kəməri kimi birgə layihələrin bundan
sonra davam etdiriləcəyini, 2019-cu ildə qarşılıqlı mədəniyyət illərinin
keçiriləcəyini söyləyib.