Xəzər Xəbər

Ermənistanda daha 6 ünvanda axtarışlar aparılır

Dünya | 21:00 • 17 Sentyabr 2018
Ermənistanda daha 6 ünvanda axtarışlar aparılır

Ermənistanda Milli Təhlükəsizlik Xidməti (MTX) və Xüsusi İstintaq Xidmətinin (XİX) rəhbərlərinin qalmaqallı səs yazısı ilə əlaqədar axtarış işləri genişləndirilib.


Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən səs yazısının yayımlanması ilə əlaqədar 6 ünvanda axtarış keçiriləcəyi bildirilib.

Axtarışlarla bağlı məhkəməyə müraciət edən Xüsusi İstintaq Xidmətinin şikayəti qəbul olunub.

Bu ünvanlar içərisində səs yazısını yayımlayan Yerevan.today saytının redaksiyasının da adı var.

Bu gün səhərdən saytın redaksiyasında axtarışlara başlandığı qeyd edilib.

Xəbər lenti