Xəzər Xəbər

Türkiyə ağır texnikaları İdlibə göndərdi

Dünya | 20:49 • 17 Sentyabr 2018
Türkiyə ağır texnikaları İdlibə göndərdi

Türkiyə Suriyanın İdlib bölgəsinə son dövrün ən böyük ağır hərbi texnikasını göndərib.


Bu barədə "Hürriyet” nəşri hərbi mənbələrə istinadən məlumat yayıb.


Bildirilir ki, bu barədə qərar Soçidə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və Rusiya lideri Vladimir Putin arasında görüşdən öncə qəbul edilib.


Tank və digər zirehli texnikanı daşıyan 50 nəqliyyat vasitəsindən ibarət konvoy Cisr Əl-Şuqur şəhərinə çatıb. Burada Türkiyə Ordusunun 12 blok-postu var.


Xatırladaq ki, sentyabrın 17-də R.T.Ərdoğan rusiyalı həmkarı V.Putinlə İdlibdəki vəziyyəti müzakirə edib.


Şimal-qərb vilayəti hazırda Suriya ərazisində müxalif qüvvələr tərəfindən nəzarət edilən ən böyük regiondur.

Xəbər lenti