Xəzər Xəbər

Meksika prezidenti: ölkə müflis vəziyyətə düşüb

Dünya | 23:52 • 17 Sentyabr 2018
Meksika prezidenti: ölkə müflis vəziyyətə düşüb

Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib.


Xezerxeber.az "RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu səbəbdən əhalinin bütün tələblərini yerinə yetirməyin mümkün olmayacağını vurğulayıb.

Ancaq bununla belə, Meksikanın yeni prezidenti seçki kampaniyası zamanı verdikləri bütün vədlərə əməl edəcəklərini söyləyib.

Qeyd edək ki, A.Obrador seçki kampaniyası çərçivəsində təqaüdləri və gənclərə sosial yardımları artırmaq, elektrik enerjisi və benzinin qiymətlərini hazırkı səviyyədə saxlamaq, idarəetmə aparatının isə məsrəflərini ixtisar etmək vədləri vermişdi.

Xəbər lenti