Xəzər Xəbər

Latviya qaçqınların yerləşdirilməsi proqramı çərçivəsində öz kvotasını yerinə yetirib

Dünya | 23:41 • 17 Sentyabr 2018
Latviya qaçqınların yerləşdirilməsi proqramı çərçivəsində öz kvotasını yerinə yetirib

Latviya 2015-ci ildən bəri Cənubi Avropadan 374 nəfər qəbul edib və beləliklə, Avropa İttifaqının (Aİ) qaçqınların yerləşdirilməsi üzrə proqramı çərçivəsində öz kvotasını yerinə yetirib.


AZƏRTAC Latviyanın Vətəndaşlıq və Miqrasiya İşləri üzrə İdarəsinə istinadla xəbər verir ki, Aİ-yə üzv dövlətlərin qaçqın statusu almaq üçün müraciət edənlərin yerləşdirilməsi kvotasının yerinə yetirilməsi müddəti sentyabrda sona çatır. Lakin Latviya bu müddətin başa çatmasından sonra da qaçqınları qəbul edib.


Bundan sonra Latviya sığınacaq istəyənləri ikitərəfli sazişlər əsasında qəbul edəcək.

Xəbər lenti