Xəzər Xəbər

BVF: “Brexit” üzrə istənilən saziş Britaniya iqtisadiyyatına mənfi təsir göstərəcək

Dünya | 23:26 • 17 Sentyabr 2018
BVF: “Brexit” üzrə istənilən saziş Britaniya iqtisadiyyatına mənfi təsir göstərəcək

Böyük Britaniya və Avropa İttifaqı arasında "Brexit” üzrə istənilən saziş Britaniya iqtisadiyyatına mənfi təsir göstərəcək.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard bildirib. "Birləşmiş Krallıq "Brexit”dən sonra Avropa İttifaqı ölkələri və digər dövlətlərlə yaranacaq ticarət sədləri səbəbindən nəzərəçarpacaq dərəcədə ziyana uğrayacaq”, - deyə o vurğulayıb.


BVF-nin proqnozuna əsasən, "Brexit” üzrə danışıqlarda qeyri-müəyyənlik fonunda Böyük Britaniyada ümumdaxili məhsulun artım həcmi 2018-ci ildə 1,4 faiz, 2019-cu ildə isə 1,5 faiz təşkil edəcək. Bununla yanaşı, Laqard London və Brüsselin hər iki tərəfi qane edəcək saziş imzalayacağına ümid etdiyini bildirib.


Xatırladaq ki, Böyük Britaniya 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməlidir. Krallığın Aİ-nin tərkibindən çıxma şərtləri barədə danışıqlar ötən ilin yay aylarından davam etsə də, bu məsələdə ciddi uğur əldə etmək mümkün olmayıb.

Xəbər lenti