Xəzər Xəbər

Anqolada stadionda yaranan basırıq zamanı 5 nəfər həlak olub

Dünya | 18:22 • 17 Sentyabr 2018
Anqolada stadionda yaranan basırıq zamanı 5 nəfər həlak olub

Anqolanın paytaxtında keçirilən Afrika Çempionlar Liqasının oyunundan sonra stadionda yaranan basırıq nəticəsində 5 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin İdman və Gənclər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Ötən şənbə günü yerli "Primeyru di Aqoştu” klubu ilə Konqo Demokratik Respublikasının "TP Mazembe” klubu arasında keçirilən oyun 0:0 hesabı ilə başa çatıb. Həmin oyunu stadionda 50 min insan izləyib. Şahidlərin sözlərinə görə, oyun qurtardıqdan sonra qapılar bağlı olub və bu da basırıq yaranması ilə nəticələnib. Polis qapını açdıqdan sonra azarkeşlər arenadan qaçmağa başlayıb və onlardan bəziləri polis atlarının dırnaqları altında qalıb.


Hadisə ilə bağlı təhqiqat başlayıb.

Xəbər lenti