Xəzər Xəbər

Soçidə Putinlə Ərdoğanın görüşü keçirilir

Dünya | 16:47 • 17 Sentyabr 2018
Soçidə Putinlə Ərdoğanın görüşü keçirilir

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.


Xezerxeber.az Anadolu agentliyinə  istinadən xəbər verir ki, görüş Putinin Soçi yaxınlığındakı "Boçarov ruçey” adlı iqamətgahında baş tutub.


Görüşdə Suriyadakı mövcud vəziyyət, eləcə də regional və beynəlxalq məsələlər müzakirə ediləcək. Bundan başqa, ikitərəfli münasibətlər, habelə iqtisadi-ticari, enerji məsələləri də müzakirə mövzusu olacaq. 

Xəbər lenti