Xəzər Xəbər

Ruhani ABŞ-a gedir

Dünya | 15:46 • 17 Sentyabr 2018
Ruhani ABŞ-a gedir

İran Prezidenti Həsən Ruhani ABŞ-a səfərə gedəcək. Trend-in məlumatına görə, İran XİN-in sözçüsü Bəhram Qasimi bildirib ki, H.Ruhani Nyu-Yorkda keçiriləcək BMT-nin BAŞ Assambleyasının 73-cü sessiyasında iştirak edəcək.


B.Qasiminin sözlərinə görə, H.Ruhaninin sessiya zamanı çıxış edəcəyi də gözlənilir.


Qeyd edək ki, BMT Baş Assambleyasının 73-cü sessiyası Nyu-Yorkda 18-25 sentyabr tarixlərində keçiriləcək.

Xəbər lenti