Xəzər Xəbər

"Aİ dövlətləri beynəlxalq qanunların tapdalanmasına göz yummamalıdırlar"

Dünya | 15:19 • 17 Sentyabr 2018
"Aİ dövlətləri beynəlxalq qanunların tapdalanmasına göz yummamalıdırlar"

Əgər Avropa ölkələri ABŞ-ın "Nüvə sazişindən” birtərəfli qaydada çıxmasına qarşı passiv mövqe nümayiş etdirməkdə davam etsələr, onda İran uranın zənginləşdirilməsini bərpa edəcək.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Almaniyanın "Şpiqel” jurnalına müsahibəsində deyib.


Nazir bildirib ki, Avropa ölkələri elə düşünməsinlər ki, ABŞ-ın "Nüvə sazişindən” çıxmasına etiraz etməklə İrana yardım göstərəcəklər. Avropa dövlətləri ABŞ-ın hərəkətlərinə etiraz etməklə öncə özlərinin iqtisadi maraqlarını və suverenliklərini qorumalı, milli maraqları çərçivəsində addım atmalıdırlar. Digər tərəfdən, Avropa İttifaqı dövlətləri beynəlxalq qanunların tapdalanmasına göz yummamalıdırlar.

Xəbər lenti