Xəzər Xəbər

Türkiyənin təhlükəsizlik qüvvələri 5 terrorçunu məhv edib

Dünya | 13:51 • 17 Sentyabr 2018
Türkiyənin təhlükəsizlik qüvvələri 5 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin qırıcılarının sentyabrın 16-17-də İraqın şimalındakı Hakurk ilə ölkənin Şırnak bölgəsindəki terror hədəflərinə endirdiyi zərbələr nəticəsində 5 terrorçu zərərsizləşdirilib.


Xezerxeber.az xəbər verir ki, terrorçuların hədəfləri pilotsuz aparatlar vasitəsilə müəyyən olunub. Ən son məlumata görə, ötən həftə Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdikləri bütün antiterror əməliyyatlarında 46 terrorçu məhv edilib. Onlardan 2-si axtarışda olub. Bir neçə terrorçu düşərgəsi dağıdılıb. Çoxlu sayda silah və sursat ələ keçirilib.

Xəbər lenti

Çox oxunanlar