Xəzər Xəbər

Yunanıstan nağdlaşdırma limitini ləğv edir

Dünya | 13:42 • 17 Sentyabr 2018
Yunanıstan nağdlaşdırma limitini ləğv edir

Yunanıstanda pula nəzarətin yumşaldılacağı açıqlanıb.

"Report”un verdiyi xəbərə görə, ölkənin maliyyə naziri Euclid Tsakalotos 3 il bundan əvvəl başlayan bütün məhdudiyyətləri aradan qaldırmaq niyyətində olduqlarını bildirib.

O sərmayə nəzarəti ilə bağlı çox yaxında addımlar atılacağını qeyd edib.

Hazırda Yunanıstan vətəndaşları eyni ay ərzində hesablarından 5 min avrodan artıq pul çıxara bilmirlər.

Qeyd edək ki, 2015-ci ilin yazından Yunanıstandan sərmayə nəzarəti tətbiq olunur və bankları qorumaq üçün vətəndaşların pul çıxarmasına limit qoyulub. 3 il əvvəl başlayan bu məhdudiyyət daha əvvəl 1800 avrodan 2300 avroya yüksəldilmişdi.

Xəbər lenti