Xəzər Xəbər

Suriyada 7 ildən sonra ilk dəfə seçkilər keçirilir

Dünya | 12:01 • 17 Sentyabr 2018
Suriyada 7 ildən sonra ilk dəfə seçkilər keçirilir
Suriyada hökumətin ölkənin böyük qisminə nəzarəti bərpa etməsindən sonra ilk dəfə bələdiyyə seçkiləri keçirilir. Bu barədə SANA məlumat yayıb.

2011-ci ildən bu yana ilk dəfə keçirilən seçkilərdə 40 min namizəd yarışır. Namizədlər arasından seçiləcək 18 min 847 nəfər ölkənin müxtəlif şəhərlərində fəaliyyətə başlayacaq.

Dörd il müddətinə seçiləcək yerli şura və bələdiyyə sədrləri başda sökülən ərazilərin yenidən inşaası və şəhər planlaşdırması olmaqla, əhalinin təhlükəsizlik məsələrində yaxından iştirak edəcəklər. /faktxəbər

Xəbər lenti