Xəzər Xəbər

Fransa prezidentindən iş axtaran gəncə ağır cavab

Dünya | 11:36 • 17 Sentyabr 2018
Fransa prezidentindən iş axtaran gəncə ağır cavab

Fransa prezidenti Emmanuel Makron işsizlikdən şikayət etmiş gənci rişxəndlə acılayıb.

O, "yolun o tərəfinə keçsəm, sizə iş taparam. Sizin motivasiyanız olsa, iş də tapa bilərsiniz” – deyə, gəncə bildirib.

Fransa liderinin bu hərəkəti sosial mediada birmənalı qarşılanmayıb.


İşsiz gənclə eyni taleyi yaşayan hər kəs prezidentin bu münasibətini qınayan paylaşımlar edib və ona kömək göstərməyə çalışıblar.

Xəbər lenti