Xəzər Xəbər

Murakami yeni Nobeldən imtina elədi

Dünya | 09:55 • 17 Sentyabr 2018
Murakami yeni Nobeldən imtina elədi

Yazıçı bütün diqqətini yaradıcılığına yönəldəcək

Yapon yazıçı Haruki Murakami alternativ Nobel mükafatında iştirakdan imtina edib.

Yeni yaradılmış alternativ İsveç Akademiyası özünün Facebook səhifəsində bildirib ki, Murakami elektron məktub yollayaraq, nominatların siyahısından adının çıxarılmasını xahiş edib. O qeyd edib ki, diqqətini yaradıcılığına yönəltməyə üstünlük verir.

Bundan başqa, yazıçı yeni Nobel Akademiyasına onun adını namizədlər siyahısına saldığı üçün təşəkkürünü də bildirib.

Yeni İsveç Akademiyası Murakaminin bu qərarına hörmətlə yanaşsa da, təəssüfünü bildirib.

Səsvermədə dünyanın müxtəlif yerindən 32 min nəfər iştirak edib. Səsvermənin nəticələrinə əsasən, Yeni Akademiyanın mükafatına namizədlərin siyahısı açıqlanıb. Murakami dörd nominantdan biri olub. Bundan başqa, siyahıda kanadalı yazıçı Kim Tyui, ingilis fantast yazıçı Nil Geyman və fransız yazıçı Mariz Konde də var./AzNews.az

Xəbər lenti