Xəzər Xəbər

İtmiş qitənin qalıqları tapıldı

Dünya | 09:21 • 17 Sentyabr 2018
İtmiş qitənin qalıqları tapıldı

Bu qitə təxminən 300 milyon il əvvəl daş kömürü dövrünün sonlarında superqitə olan Lavrussiya ilə toqquşub

Böyük Britaniyadakı Plimut Universitetinin alimləri müəyyən ediblər ki, Britaniya adaları təkcə iki Avaloniya və Laurentiya adlı iki mikroqitənin deyil, eyni zamanda Armorica adlı digər qitənin birləşməsindən yaranıb.

Armorica, Silur dövrünün sonuna doğru (təxminən 419 milyon il əvvəl) Qondvanadan ayrılan mikroqitədir. Bu qitə təxminən 300 milyon il əvvəl daş kömürü dövrünün sonlarında superqitə olan Lavrussiya ilə toqquşub. Mikroqitə öz adını Fransanın şimal-qərbi bölgəsindən alıb.


Geoloqlar Devon və Cornvall (İngiltərə) ölkələrində suxurların mineraloji tərkibini təhlil ediblər. Onlar 300 milyon il bundan əvvəl vulkanik proseslər nəticəsində meydana çıxan mineralların nümunələrini götürüb və araşdırma aparıblar.

Bundan əlavə stronsium və neodim izotoplarının nisbəti müəyyən edilib. Nəticələr Böyük Britaniya və Avropanın qitədə yerləşən digər ölkələrindəki qayalarla müqayisə edilib.

Müəyyən edilib ki, Armorikanın qayaları qalay və volframla zəngindir./sputnik.az

Xəbər lenti