Xəzər Xəbər

Papa rahibi rütbəsindən məhrum etdi, səbəbi isə...

Dünya | 17:27 • 16 Sentyabr 2018
Papa rahibi rütbəsindən məhrum etdi, səbəbi isə...

Roma Papası Fransisk katolik məktəblərdə zorlama işlərində adı keçən rahib Kristian Prext Banyadosu kilsə rütbəsindən məhrum edib.

XəzərXəbər Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Santyaqo arxiyepiskopluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, rahib rütbəsindən birdəfəlik məhrum edilib və bu rütbədən irəli gələn bütün vəzifələrdən azad olunub.

Banyadosun müqəssir kimi cəlb edildiyi zorlama ilə bağlı işlərdə zərərçəkənlərin böyük əksəriyyəti yetkinlik yaşına çatmayan yeniyetmələrdir.

Xəbər lenti