Xəzər Xəbər

Britaniya Rusiyaya sanksiya tətbiq etmək istəmir, səbəbi isə...

Dünya | 15:05 • 16 Sentyabr 2018
Britaniya Rusiyaya sanksiya tətbiq etmək istəmir, səbəbi isə...

Böyük Britaniyanın daxili işlər nazirinin müavini Ben Uolles bildirib ki, London "Brexit” (Britaniyanın Avropa Birliyindən çıxması) prosedurunun tamamlanmasına qədər "Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq etməyəcək.

XəzərXəbər xəbər verir ki, Modern.az saytının xəbərinə görə bu haqda nüfuzlu "Daily Telegraph” nəşri bildirib. O qeyd edib ki, bu ilin mayında Britaniyanın sanksiyalar haqqında qanuna düzəlişlər etməsi Londona "Brexit” dən sonra lazım olacaq.

Qeyd edək ki, bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal Solsberidə "Noviçok” maddəsi ilə zəhərlənib.

Britaniya hadisənin Rusiya tərəfindən törədildiyini bəyan etsə də, Kreml ittihamlarla razılaşmır.

Xəbər lenti