Xəzər Xəbər

“Manqxut” qasırğası 13 nəfərin həyatına son qoydu

Dünya | 14:34 • 16 Sentyabr 2018
“Manqxut” qasırğası 13 nəfərin həyatına son qoydu

"Manqxut” qasırğası Filippində 13 nəfərin həyatına son qoyub, habelə 5 nəfər itkin düşüb. Bu barədə Sinxua agentliyi fəlakət risklərinin azaldılması və idarə edilməsi milli şurasına istinadla məlumat yayıb.

"RİA Novosti" agentliyi xəbər verir ki, Filippinin atmosfer, geofizika və astronomiya xidməti idarəsinin məlumatında arxipelaqda küləyin sürətinin saatda 170 kilometrə, dalğanın hündürlüyünün 6 metrə çatdığı bildirilir. Habelə güclü yağışlar yağacağı və subasma təhlükəsi barədə xəbərdarlıq edilib./publika.az

Xəbər lenti