Xəzər Xəbər

Trampdan Fələstinlə bağlı daha bir ağır qərar

Dünya | 12:29 • 16 Sentyabr 2018
Trampdan Fələstinlə bağlı daha bir ağır qərar

ABŞ Fələsin və İsrail arasında münasibətlərin yaxşılaşdırılması üçün mülki vətəndaşlarla bağlı proqramlara xərclədiyi milyonlarla dollar həcmindəki yardımları məhdudlaşdırmağa başlayıb.

Axar.az xəbər verir ki, bundan sonra ABŞ-ın yardımlarından yalnız israilli yəhudi və ərəblər yararlana biləcək. ABŞ Beynəlxalq İnkişaf Agentliyi Prezident Donald Trampın sözügedən qərarına münasibət bildirib:

"Agentlik hazırda Tramp rəhbərliyinin Fələstinə yardımla bağlı qəbul etdiyi qərarlara görə Qərbi Şeriya və Qəzzadakı fələstinlilərlə əlaqə saxlaya bilmir”.

Bəzi ekspertlər Trampın Fələstinlə bağlı qərarlarını diplomatik uğursuzluq adlandırıb.

Qeyd edək ki, Tramp rəhbərliyi bundan əvvəl də Fələstinə göndərilən bir sıra yardımların dayandırılması barədə qərar imzalamışdı.

Rubrikanın digər xəbərləri

Xəbər lenti