Xəzər Xəbər

Polis soyuducudan kəsilmiş 7 insan BAŞI TAPDI VƏ... DƏHŞƏTLİ OLAY

Dünya | 12:17 • 16 Sentyabr 2018
Polis soyuducudan kəsilmiş 7 insan BAŞI TAPDI VƏ...

Polis yol kənarına atılmış piknik üçün əlverişli olan kiçik soyuducuda kimliyi bəlli olmayan 7 insan başı tapıb.

Hadisə Meksikanın Sonora ştatında baş verib. Ştatın Ciudad Obregon şəhəri yaxınlığında aşkarlanan kəsik insan başlarına aid bədənlərin və şəxsiyyətlərin müəyyənləşdirilməsi istiqamətində istintaq başlanıb.

Son dövrlər ölkədə narkotik alverçilərinin rəqiblərinə və ölkə rəsmilərinə xəbərdarlıq məqsədilə kəsik başlar qoyduğu iddia edilir.

Xatırladaq ki, Meksikada təhlükəsizlik probleminin həlli istiqamətində görülən işlər nəticəsiz qalıb. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, cari ilin altı ayı ərzində ölkədə 15 min 973 cinayət işlənib. Bu rəqəm 2017-ci ildə 13 min 751 olub. Bu isə 2017-ci il ilə müqayisədə ölkədə cinayət hadisələrinin təxminən 16 faiz çoxaldığını göstərir.

2017-ci il üçün dünyanın ən təhlükəli şəhərlərinin hesabatına görə, Meksikanın 10 şəhərindən 5-i ilk pillələrdə yer alıb. Ötən ilin ilk iki ayı ərzində törədilən cinayətlər, cinayət statistikalarına görə isə Meksikada cinayət son 20 ildə ən yüksək səviyyəyə çatıb./publika.az

Xəbər lenti