Xəzər Xəbər

Almaniya əks-kəşfiyyatını gücləndirir – Yeni sistem

Dünya | 12:13 • 16 Sentyabr 2018
Almaniya əks-kəşfiyyatını gücləndirir – Yeni sistem

Əks-kəşfiyyat funksiyasını icra edən Almaniya Konstitusiyasının Mühafizəsi İdarəsi (BfV) 2021-ci ilə qədər öz əməkdaşlarının sayını 3100-dən 6 minə qədər artıracaq.

Axar.az "Şpiqel” jurnalına istinadən xəbər verir ki, əks-kəşfiyyat idarəsinin ştatının genişləndirilməsi ideyası BfV-nin hazırkı rəhbəri Hans Georq Masenə məxsusdur. Belə ki, Masen BfV-nin əməkdaşlarının sayını artırmaqla təşkilatda mövcud olan iki departamenti daha kiçik bölmələrə parçalamaq niyyətindədir. Bununla da əks-kəşfiyyatın keyfiyyətinin artırılması nəzərdə tutulur.

Qeyd edək ki, BfV-də iki böyük departament var. Bunlardan biri dövlət sirri və Konstitusiyanın mühafizəsi və əks-kəşfiyyata, digəri isə terrorizmlə, islamizmə mübarizəyə cavabdehdir.

Xəbər lenti