Xəzər Xəbər

Rusiya İran ilə əməkdaşlığını davam etdirəcək - Ryabkov

Dünya | 15:43 • 13 Sentyabr 2018
Rusiya İran ilə əməkdaşlığını davam etdirəcək -

Vaşinqtonun təhdidlərinə baxmayaraq, Rusiya İran ilə əməkdaşlığını davam etdirəcək.


Bu sözləri Tehranda səfərdə olan Rusiyanın xarici işlər nazirinin müavini Seqey Ryabkov deyib.


Onun sözlərinə görə, iki dövlət arasında iqtisadi əməkdaşlıq davam edir və gələcəkdə ticarət əlaqələrinin də genişləndirilməsi planlaşdırılır.


Nazir müavini bildirib ki, İranın neft ixracına qadağalar tətbiq edilsə də, Rusiya bu sahədə də rəsmi Tehran ilə əməkdaşlıq edəcək. O diqqətə çatdırıb ki, İran regionda sülhün bərpa olunması istiqamətində fəaliyyətini davam etdirir.


Tehrana səfərinin məqsədi haqqında danışan S.Ryabkov qeyd edib ki, səfəri zamanı İran rəsmiləri ilə ABŞ-ın "Nüvə razılaşmasından” birtərəfli qaydada çıxmasını müzakirə edib və gələcəkdə atılacaq birgə addımlar barəsində fikir mübadiləsi aparılıb. (AZƏRTAC)

Xəbər lenti