"İdlibdə istənilən hərbi əməliyyat onsuz da problemlərlə dolu regionu fəlakətə sürükləyəcək, humanitar böhrana səbəb olacaq" Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu cür bəyanatla çıxış edib. Bildirib ki, Türkiyə təkcə Suriya və İraqın yox, bütün qonşularının ərazi və siyasi bütövlüyünə hörmət edir.
"Lakin
həmin ölkələrdən bizə qarşı hücumların həyata keçirilməsinə səssiz
qalmadıq, bundan sonra da qalmayacağıq. Biz bir tərəfdən FETÖ, PKK/YPG/PYD
terror təşkilatları ilə mübarizə apararkən, digər tərəfdən də 3
milyondan çox suriyalı qaçqına ev sahibliyi edirik. İdlib yeni bir
böhranın astanasındadır. Rusiya, İran
və müttəfiqlərimizlə regionda süh və sabitliyin bərqərar olması və
insan dramının qarşısının alınması üçün çalışırıq. İdlibdə istənilən
hərbi əməliyyat onsuz da problemli regionu fəlakətə sürükləyəcək. Yalnız
birlikdə hərəkət edərək həm regiondakı, həm də dünyadakı problemlərin
sülh yolu ilə həllini tapa bilərik”, – deyə türkiyəli nazir bəyan edib.
Hulusi
Akar, həmçinin vurğulayıb ki, İdlibdə diqqətə alınması gərəkən ən vacib
məqam oradakı radikal terrorçularla müxalifət arasında fərq qoymaqdır.
Çünki İdlibin bombalanması yalnız dinc insanların zərər görməsinə və
qaçqın düşməsinə deyil, bölgədə radikallaşmanın artmasına səbəb olacaq.
Qeyd edək ki, Bəşər Əsəd
hökuməti suriyalı silahlı müxalifətin son dayaq nöqtəsi olan İdlibə
hücum edərək bölgəni terrorçulardan təmizləməklə ora nəzarəti bərpa
etməyə çalışır. Rusiya və İran bu məsələdə Dəməşqə dəstək versə də, Suriyada atəşkəsə üçüncü qarant ölkəTürkiyə buna qarşı çıxır./azvision.az