Xəzər Xəbər

Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi başlayıb

Dünya | 15:11 • 13 Sentyabr 2018
Qanada BMT-nin sabiq baş katibi Kofi Annanın dəfn mərasimi başlayıb

Qananın paytaxtı Akkra şəhərində BMT-nin sabiq baş katibi və Nobel sülh mükafatı laureatı Kofi Annanın dəfn mərasimi başlayıb.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, vida mərasimi Akkranın beynəlxalq konfrans mərkəzində keçirilir. Mərasimdə BMT-nin hazırkı Baş katibi Antoniu Quterriş, həmçinin bir sıra Afrika ölkələrinin siyasətçiləri, o cümlədən Efiopiya, Serra-Leone və Namibiya prezidentləri, Nigerin Baş naziri və Anqolanın vitse-prezidenti iştirak edir.


Kofi Annanın nəşi sentyabrın 10-da Qanaya gətirilib və Akkranın hərbi qəbiristanlığında dəfn ediləcək.


Xatırladaq ki, Annan 80 yaşında qısa sürən xəstəlikdən sonra avqustun 18-də İsveçrədə vəfat edib. O, 1997-ci və 2001-ci ildə iki dəfə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.

Xəbər lenti