Xəzər Xəbər

Yaponiya hökuməti Putinin təklifinə münasibətini açıqlayıb

Dünya | 14:33 • 13 Sentyabr 2018
Yaponiya hökuməti Putinin təklifinə münasibətini açıqlayıb

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Yaponiya hökumətinin dəyişməyən mövqeyini təkrarlayaraq bildirib ki, Rusiya ilə sülh müqaviləsi Şimal torpaqları məsələsi həllini tapmayanadək imzalana bilməz.


AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Rusiya Prezidentinin təklifini şərh edən Y.Suqa bildirib ki, Prezident Vladimir Putin Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşü zamanı sülh müqaviləsinin imzalanması barədə heç nə deməyib.


Yaponiya hökumətinin bəzi nümayəndələri Rusiyanın hərəkətlərini diqqətlə izləməyin zəruriliyini vurğulayıblar. Onlar bəyan ediblər ki, Yaponiya ərazi məsələsini uzun müddətə rəfə qoyaraq, danışıqları davam etdirməyi nəzərdə tutan heç bir təkliflə razılaşmamalıdır.


Bununla yanaşı, Ş.Abe diplomatik və digər kanallar vasitəsilə V.Putinin təklifinin əsas mahiyyətini araşdıraraq, Şimal torpaqları məsələsinin həllini də nəzərdə tutan sülh müqaviləsinin imzalanması üçün danışıqları irəli aparmaq niyyətindədir.


Ş.Abe və V.Putin yüksək səviyyəli danışıqların növbəti raundunu bu payız nəzərdə tutulan beynəlxalq görüşlər çərçivəsində davam etdirmək barədə razılığa gəliblər.

Xəbər lenti