Xəzər Xəbər

Avropada sərhəd yoxlanışları ləğv oluna bilər

Dünya | 14:31 • 13 Sentyabr 2018
Avropada sərhəd yoxlanışları ləğv oluna bilər
Avropa İttifaqı (Aİ) Komissiyası İttifaq ərazisi daxilində sərhədlərə nəzarətin ləğv edilməsini tələb edir.


Bunu Avropa İttifaqının miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopolus "Funke" media qrupuna açıqlamasında deyib. Onun sözlərinə görə, miqrant böhranına rəğmən təcili surətdə Şengen sazişinin yenidən normal fəaliyyət prinsiplərinə qayıtmaq lazımdır.


Avramopolus həmçinin, Avrokomissiyanın miqrasiya siyasəti üzrə təkliflərinin detallarını bu gün Brüsselə təqdim edəcəyini deyib. Bildirib ki, Şengen sazişi Avropa inteqrasiyasının ən böyük nailiyyətlərindən biridir: "Yeni təkliflər məhz həmin sazişin qorunmasına xidmət edəcək. Çünki bizim nə vaxtsa "Avropa qalası” qurmağa ehtiyacımız yoxdur”. /azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti