Xəzər Xəbər

Koçaryan Paşinyanı hədələdi

Dünya | 12:50 • 13 Sentyabr 2018
Koçaryan Paşinyanı hədələdi

Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, yerli saytlardan birinə müsahibə verən eks-prezident baş naziri öz düşməni adlandırıb.

"Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyi üçün peşman edəcəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birnici instansiya məhkəməsinin hakimi mənə o qədər niftər etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm”.

Koçaryan Rusiya prezidenti Putinlə dost olduqlarını və postunu tərk etdikdən sonra keçən 10 il ərzində sıx münasibətlərini qoruyub-saxladıqlarını da vurğulayıb.

Xəbər lenti