Xəzər Xəbər

Almanlar böhran üzündən 60 milyard avro itiriblər

Dünya | 12:22 • 13 Sentyabr 2018
Almanlar böhran üzündən 60 milyard avro itiriblər

"Süddeutsche Zeitung” qəzeti Bundestaqdakı "İttifaq-90”/ "yaşıllar” fraksiyasının sorğusuna AFR hökumətinin cavabına istinadla bildirir ki, maliyyə böhranı Almaniya vergi ödəyicilərinə onlarca milyard avroya başa gəlib.


AFR hökumətinin məlumatına görə, 2017-ci ilin sonuna qədər dövlət büdcəsinin xərcləri 59 milyard avroya bərabər olub. Bu məbləğə zəmanətlər verilməsi, borclar və kapital qoyuluşları daxildir. Lakin göstərilən məbləğ təqribidir, çünki maliyyə yardımı göstərilməsi prosesi hələ başa çatmayıb. Yeni məlumatlar onu göstərir ki, dövlətin xərcləri 68 milyard avrodan çox ola bilər.


Bundestaqdakı "yaşıllar” parlament fraksiyasının maliyyə məsələləri üzrə eksperti Herhard Şikin sözlərinə görə, "Almaniyada maliyyə böhranı hələ başa çatmayıb”. Şik bildirir ki, "dörd nəfərdən ibarət ailə müflisləşmiş bankların xilas edilməsi üçün 3 min avrodan çox ödəyib”. Ekspertin fikrincə, buraya bank böhranının dolayı xərclərini də, o cümlədən "sıfır faiz dərəcəsi” siyasətinin nəticələrini də əlavə etmək lazımdır. (AZƏRTAC)

Xəbər lenti