Xəzər Xəbər

Misir və ABŞ iqtisadi əlaqələri genişləndirir

Dünya | 13:47 • 13 Sentyabr 2018
Misir və ABŞ iqtisadi əlaqələri genişləndirir

Misirlə ABŞ arasında iqtisadi münasibətlər strateji xarakter daşıyır və əsası ümumi maraqlar üzərində qurulub.


Bu barədə Misirin ticarət və sənaye naziri Əmr Nəssar Qahirədə Amerikanın 40-dan artıq investisiya şirkətinin nümayəndələri ilə görüşündə bildirib. O qeyd edib ki, Misir iki ölkənin biznes dairələri arasında investisiya sahəsində əməkdaşlığın fəallaşdırılmasını alqışlayır.


Nazirin sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 2017-ci ildə 5 milyard 618 milyon dollar təşkil edib. Bu, 2016-cı ildəki 4 milyard 974 milyon dollarla müqayisədə 13 faiz artım deməkdir. Ə.Nəssar, həmçinin Misir mallarının ABŞ bazarlarına ixracının artmasını tərəflər arasında ticarət tarazlığının düzəldilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.


Nazir bildirib ki, Birləşmiş Ştatlara Misir mallarından daha çox hazır geyim, tekstil, gübrələr, dəmir və polad, kağız, tərəvəz, meyvə və plastmas ixrac olunur. Misir bu ölkədən mülki təyyarələr və onların ehtiyat hissələrini, soya, kömür və butan idxal edir.

Xəbər lenti