Xəzər Xəbər

Çində avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər həlak olub

Dünya | 11:48 • 13 Sentyabr 2018
Çində avtomobilin izdihama çırpılması nəticəsində 11 nəfər həlak olub

Çinin mərkəzində yerləşən Hunan əyalətində avtomobilin sürətlə insan kütləsinə çırpılması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.


Xezerxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Henyan şəhər dairəsi administrasiyasının məlumatına əsasən, insident nəticəsində, həmçinin 44 nəfər xəsarət alıb.


Hadisə sentyabrın 12-də yerli vaxtla 19:35-də baş verib. Qırmızı rəngli avtomobil naməlum səbəbdən yüksək sürətlə Henyan şəhərinin meydanında izdihamın içərisinə girib.


Sürücü həbs edilib, hadisənin motivləri hələ də bəlli deyil. Təhqiqat aparılır.

Xəbər lenti