Xəzər Xəbər

ABŞ borc içində batır, büdcə kəsiri 1 trilyon olacaq

Dünya | 10:38 • 13 Sentyabr 2018
ABŞ borc içində batır, büdcə kəsiri 1 trilyon olacaq

ABŞ-da büdcə kəsirinin bu il 1 trilyon dollara çatacağı gözlənilir.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, ABŞ Konqresinin büdcə ofisinin (CBO) hesabatına görə, ölkədə büdcə kəsiri avqust ayından etibarən 895 milyard dollara yüksəlib.

Büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 221 milyard dollar (33 faiz) artıb.

Hesabatda həmçinin hökumətin gəlir və xərcləri arasındakı fərqin ilin sonundan etibarən 1 trilyon dollara çatacağı proqnozu əksini tapıb.

ABŞ-ın hər il büdcə kəsiri səbəbindən 21,3 trilyon dollardan çox borcu var.




Xəbər lenti