Xəzər Xəbər

Yaponiya və Çinin liderləri razılığa gəliblər

Dünya | 09:21 • 13 Sentyabr 2018
Yaponiya və Çinin liderləri razılığa gəliblər

Yaponiyanın Baş naziri Şinzo Abe və Çinin Sədri Si Cinpin iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün birgə fəaliyyət barədə razılığa gəliblər.


Bu barədə jurnalistlərə məlumat verən Şinzo Abe gələn ay Pekinə getmək planını reallaşdırmaq niyyətində olduğunu bildirib. İki ölkənin liderləri Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumu çərçivəsində bir araya gəliblər.


Görüşü şərh edən Ş.Abe deyib: "Yaponiya ilə Çin arasında əməkdaşlığın üfüqləri genişlənir. Hazırda ölkələrimiz arasında münasibətlər normal məcradadır”.


Çinin Sədri Si Cinpin isə bəyan edib ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Çin və Yaponiya öz yollarına qayıdıblar. Biz qarşılıqlı əməkdaşlıq yolu ilə Çin-Yaponiya əlaqələrini genişləndirərək, gələcək inkişafı təmin edəcək möhkəm münasibətlər qurmalıyıq. (AZƏRTAC)

Xəbər lenti