Xəzər Xəbər

Avropa Birliyi Macarıstana sanksiya tətbiq etdi - Son dəqiqə

Dünya | 17:14 • 12 Sentyabr 2018
Avropa Birliyi Macarıstana sanksiya tətbiq etdi - Son dəqiqə

Avropa Parlamentində keçirilmiş seçkiyə əsasən, Macarıstana sanksiya tətbiq olunması qərara alınıb.

XəzərXəbər "Euronews”a istinadən xəbər verir ki, Avropa hüquqi dövlət və demokratik dəyərlərdən uzaqlaşması səbəbi ilə Macarıstana sanksiya tətbiq edilməsi prosesinin başlandığını bildirib.

Maastrixt müqaviləsinin VII maddəsinin tətbiq olunması üçün parlamentdəkilərin ən az 2/3-sinin razılığı olmalıdır. Burada da 448 "hə”, 197 "yox” səsi verilib.

Beləliklə, Macarıstanın Avropa İttifaqı (Aİ) qurumlarındakı söz haqqı əlindən alınıb.

Eyni proses daha əvvəl də Polşaya tətbiq olunmuşdu.

Xəbər lenti