Xəzər Xəbər

“Almaniya kimyəvi silah istifadəsinə səssiz qala bilməz” Merkeldən cavab gəldi

Dünya | 15:56 • 12 Sentyabr 2018
“Almaniya kimyəvi silah istifadəsinə səssiz qala bilməz”

"Əgə Suriyada kimyəvi hücum baş versə, Almaniya səssiz qalaraq sadəcə kənardan izləyə bilməz”.

XəzərXəbər ordu.az-a istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Angela Merkel səsləndirib.

Almaniya parlamentinin aşağı palatasının üzvləri qarşısında çıxış edən Merkel dünyada nə baş verməyindən asılı olmayaraq sadəcə "yox” demək əsl alman mövqeyi ola bilməz.

"Die Welt” qəzetinin bu gün yayımladığı sorğunun nəticələrinə görə, almanların 74%-i Suriya hökuməti tərəfindən həyata keçiriləcək kimyəvi silah hücumuna qarşı hərbi müdaxilədə Almaniyanın iştirakına qarşıdır.

Xatırladaq ki, iki gün öncə Almaniya hökuməti Suriyada mümkün əməliyyatda iştirakla bağlı müttəfiqlərlə danışıqlar apardığını bəyan edib.

Xəbər lenti