Xəzər Xəbər

Suriyada kimyəvi silah müharibəsi ola bilər ABŞ-dan yeni xəbərdarlıq

Dünya | 15:53 • 12 Sentyabr 2018
Suriyada kimyəvi silah müharibəsi ola bilər

ABŞ Suriyada kimyəvi silahdan istifadə üzərində ciddi təhdidlərin olması ilə bağlı beynəlxalq birliyi xəbərdar edib.

XəzərXəbər ordu.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat dərc edib. Xəbərə əsasən, ABŞ-ın Suriya siyasəti üzrə xüsusi nümayəndəsi Ceyms Cefri bildirib ki, İdlibdə kimyəvi silahdan istifadə olunması üçün hazırlıqların aparılması ilə bağlı nə qədər istəsəniz sübut tapmaq mümkündür. Bunun üçün sadəcə olaraq BMT-nin kiçik araşdırma aparması kifayətdir.

Rəsminin sözlərinə görə, hazırda Suriya rəhbərliyi qarşıdan gələn İdlib əməliyyatlarında istifadə olunması üçün bölgəyə çox sayda xlor qazı silahları toplayır.

Qeyd edək ki, o, beynəlxalq birliyi potensial kimyəvi silah istifadəsi halında Suriyada hərbi əməliyyatlara çağırıb.

Xəbər lenti