Xəzər Xəbər

Türk kəşfiyyatı inanılmaz əməliyyat keçirdi Əsədə sığınan terrorçu Suriyadan gətirildi

Dünya | 15:50 • 12 Sentyabr 2018
Türk kəşfiyyatı inanılmaz əməliyyat keçirdi

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) son dönəmlər FETÖ-çülərə qarşı həyata keçirdiyi sərhəddənkənar əməliyyatlara birini də əlavə edib.

Suriya hərbi kəşfiyyatından aldığı əmrlə Reyhanlı hücumunu təşkil etmiş Yusif Nazikin Lazkiya şəhəri mərkəzində olduğu bilindikdən sonra MİT əməliyyata başlayıb.

Çoxdandır izlənilən və Suriya rejimi tərəfindən qorunan terrorçu əməliyyat nəticəsində yaxalanıb.

MİT-in əməliyyat keçirdiyi 400 min nəfərlik Lazkiya şəhəri mərkəzi Türkiyə sərhəddindən 80-90 km uzaqlıqda yerləşir.

Tartusun mühafizəsi baxımından strateji dəyərə malik olan bölgə rejim əsgərləri və kəşfiyyat birliklərinin nəzarətindədir. Həmçinin bura Suriya rejiminə yaxın ünsürlər tərəfindən radarlarla izlənilir.

Qeyd edək ki, MİT bu əməliyyatda xaricdən dəstək almadığını açıqlayıb.

Xəbər lenti