Xəzər Xəbər

İraqda partlayış: 5 nəfər ölüb, 32 nəfər yaralanıb

Dünya | 15:14 • 12 Sentyabr 2018
İraqda partlayış: 5 nəfər ölüb, 32 nəfər yaralanıb

İraqın Tikrit şəhərindən şimalda bomba yüklü avtomobilin partladılması nəticəsində azı 5 nəfər həlak olub, 32 nəfər isə xəsarət alıb.


Al-Sumaria telekanalının yaydığı məlumata görə, partlayış "əl-Qala” restoranın yaxınlığında törədilib. Həlak olanların və yaralananların sayı barədə İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Seyf əl-Bədr açıqlama verib.


Yaralılar yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti