Xəzər Xəbər

Trampın oğlu etiraf etdi: Bu utanılacaq bir vəziyyətdir

Dünya | 14:38 • 12 Sentyabr 2018
Trampın oğlu etiraf etdi:

ABŞ prezidenti Donald Trampın oğlu Donald "New York Times"da çap olunan imzasız yazıdan sonra atasının ətrafına olan etibarının azaldığını açıqlayıb. ABŞ prezidentinin oğlu "ABC "kanalına verdiyi müsahibədə deyib ki, imzasız yazı Ağ Ev etimad problemi yaradıb.

"Güvəndiyi insanlar var, lakin azdır. Ətrafındakı hər kəsə bel bağlasaydı, işlərin həll edilməsi daha asan olardı. Bu utanılacaq bir vəziyyətdir",-deyə Ağ Ev rəhbərinin oğlu vurğulayıb. .

Qeyd edək ki, "New York Times"da "adsız" olaraq yayımlanan "Tramp rəhbərliyi içindəki müqavimətin bir parçasıyam" başlıqlı məqalənin Ağ Ev rəhbərliyindəki yüksək vəzifəli şəxslərdən biri olduğu ehtimal olunur.

Məqalədə ABŞ prezidenti barəsində, "Trampın başa düşmədiyi hal budur ki, onun rəhbərlik etdiyi bir çox yüksək vəzifəli prezidentin gündəliyinin bəzi hissələrini və pis həvəslərini pozmaq üçün səylə çalışır. Bunu bilirəm, çünki mən də onlardan biriyəm",-deyə cümlə yazılmışdı./FaktXəbər

Xəbər lenti