Xəzər Xəbər

Putin: Şimali Koreya təhlükəsizlik barədə vədlərə inanmalı deyil

Dünya | 14:07 • 12 Sentyabr 2018
Putin: Şimali Koreya təhlükəsizlik barədə vədlərə inanmalı deyil

Şimali Koreya təhlükəsizlik barədə vədlərə inanmalı deyil və bu məsələdə nüvə ölkələrinin iştirakı ilə beynəlxalq zəmanət lazımdır.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu fikri Şərq İqtisadi Forumunda səsləndirib.

"Şimali Koreyadan hər şey tələb olunur, əks tərəf isə heç bir addım atmır. Şimali Koreya bunun onlar üçün yaxşı olacağı barədə boş vədlərə inanmamalıdır. Mənə elə gəlir ki, belə cəhdlər məhsuldar olmayacaq. Bunun üçün beynəlxalq zəmanət lazımdır”, - deyə Rusiya prezidenti "Uzaq Şərq: imkan sərhədlərini genişləndirməklə” mövzusuna həsr olunmuş plenar iclasda qeyd edib.

Vladimir Putin, həmçinin altıtərəfli danışıqlar kimi formatın mövcudluğunu xatırladaraq deyib: "Beynəlxalq ictimaiyyət bu cür zəmanətlər verə, o cümlədən bu sazişlərdə nüvə dövlətlərinin iştirakını təmin edə bilər. Rusiya bu danışıqların iştirakçısıdır”.

Xəbər lenti