Xəzər Xəbər

Budapeşt: “Cudit Sargentininin məruzəsi yalandır!”

Dünya | 14:05 • 12 Sentyabr 2018
Budapeşt: “Cudit Sargentininin məruzəsi yalandır!”

Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar sessiyasının başlanmasına bir gün qalmış Macarıstan parlamentinin rəsmi nümayəndəsi Zoltan Kovaç jurnalistlər üçün brifinq təşkil edib.


Kovaç Cudit Sargentininin hesabatını "başdan-ayağa yalan” adlandıraraq bəyan edib ki, "bunun əsl motivi qeyri-leqal miqrasiyaya münasibətdə bizim mövqeyimizdir” və "miqrantpərəst siyasi qruplar hər vasitə ilə çalışırlar ki, Macarıstanı məhkəməyə versinlər”.


Kovaç əmindir: "Fransa prezidenti də daxil olmaqla bir sıra siyasi solçular Avropanı bu əlamət üzrə parçalamağa çalışırlar. Bu, Avropa layihəsinin xeyrinə olmayacaq”. (AZƏRTAC)

Xəbər lenti