Xəzər Xəbər

PKK-ya məxsus sığınacaq və cəbbəxana ələ keçirilib

Dünya | 14:03 • 12 Sentyabr 2018
PKK-ya məxsus sığınacaq və cəbbəxana ələ keçirilib

Türkiyə Silahlı Qüvvələri ölkənin Hakkari bölgəsindəki Yüksekova rayonunda, dəniz səviyyəsindən 3500 metr yüksəklikdə olan İkiyaka dağlarında PKK terror təşkilatına qarşı antiterror əməliyyatlarını davam etdirir.


İkiyaka dağlarında qayalıqlar altındakı uzun tunelə çıxışı olan dörd sığınacaq ələ keçirilib. Burada terrorçulara məxsus cəbbəxana, o cümlədən yaşayış üçün müxtəlif ləvazimatlar aşkarlanıb.


Qeyd edək ki, PKK İkiyaka dağlarındakı sığınacaqlarını "alınmaz qala” hesab edirdi. (AZƏRTAC)

Xəbər lenti